Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və diaspora təşkilatlarının nümayəndələri üçün "2022-2023-cü illərdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı" çərçivəsində təlim keçirilib.
Diaspora.TV xəbər verir ki, bu barədə məlumatı "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə üzrə İctimai Birliyin icraçı direktoru Əliməmməd Nuriyev verib.
Ə.Nuriyev bildirib ki, təlim onun tərəfindən aparılıb.
Tədbirdə korrupsiya ilə mübarizə sahəsində maarifləndirmə və əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.