Tarix: 29.10.2024 / 08:38
Diaspora nümayəndələri arasında birliyin olmaması müvəqqəti haldır    - Politoloq

Diaspora nümayəndələri arasında birliyin olmaması müvəqqəti haldır - Politoloq

“Azərbaycan dövləti son iki yüz ildən sonra həm müstəqilliyini, həm də ərazi bütövlüyünü bərpa edib. Addım-addım istəklərinə nail olan Azərbaycan dövləti yeni dünya düzəni prosesindən qalibiyyətlə çıxmağı qarşısına məqsəd qoyub. Amma bu elə bir məqamdır ki, doğru hesablanmamış addım bütün nailiyyətlərimizi heçə endirə bilər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Azər Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq konyukturaya uyğun hərəkət edir:

“Azərbaycan diasporunun dünyadakı nümayəndələrinin hər biri dəyərli fərdlərdir. Bu baxımdan onların fəaliyyətini koordinasiya etməyin vacib məsələ olduğu qənaətindəyəm. Amma idialı insanların liderlik məsələsində bir araya gələ bilməməsi səbəbindən birlik əldə edilmir. Düşünürəm ki, bü, müvəqqəti haldır”.

Politoloq deyir ki, bu birliyin əsas öndəri Azərbaycan Prezidenti İlham Əliyevdir:

“Məqam çatanda Azərbaycan dövlətinin rəhbərinin liderliyi ilə bütün dünya azərbaycanlıları bir məqsəd üçün birləşəcəklər. Buna kimsənin şübhəsi olmasın”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...