Tarix: 23.07.2024 / 11:33
Diaspora məxsus media resursları yoxdur   - Baş redaktor

Diaspora məxsus media resursları yoxdur - Baş redaktor

“44 günlük savaş dövründə diaspora təşkilatları və ya xarici ölkələrdə yaşayan həmvətənlərimiz aktiv idilər. Buna görə həmin dövrdə istər informasiya müharibəsində, istərsə də keçirilən kütləvi aksiyalarla diasporun da mövcudluğu görünürdü”.

Bu sözləri Diaspora.TV-yə “Turkustan” Media Qrupun Baş redaktoru Aqil Camal deyib. O, hazırda informasiya savaşının davam etdiyini bildirib:

“Bu savaşı Azərbaycana qarşı yalnız ermənilər deyil, başqa mərkəzlər də həyata keçirirlər. Lakin, bu prosesdə diaspora məxsus media resursları və ya güclü sosial şəbəkə hesablarının mübarizəsi hiss olunmur. İlk növbədə ona görə ki, belə resurslar yoxdur. Xaricdən yayımlanan bir sıra youtube kanalları var ki, onların da hədəfi Azərbaycana qarşı informasiya savaşı aparan dairələr deyil”.

Aqil Camal hesab edir ki, diaspor təşkilatları daha çox mədəni-kültürəl yöndə formalaşıblar:

“İctimai-siyasi aktivlik baxımından ermənilərlə müqayisədə məqsədyönlü fəaliyyət göstərən diaspor qurumlarımız demək olar ki, yox dərəcəsindədir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...