“Diaspora təşkilatları çalışıb “Made in Azerbaijan” brendini təbliğ etməlidirlər. Bu onların vətəndaş borcudur”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat Azərbaycanın dövlətlərarası beynəlxalq təşkilatlarla sazişinin olduğunu da diqqətə çatdırıb:
“Bunların ən böyüyü Madrid sazişidir - dövlətlərarası brendlərin tanınması və müəyyən ölkələrdə onun qorunması. Bu sazişdə 70-ə yaxın ölkə var. Bəlkə indi ölkələrin sayı 70-i də keçib. İstənilən mal və ya xidmət olunanda onun brendi çox vacib məsələdir”.
R.Quliyev bu məsələ ilə bağlı daha çox şirkətlərin məşğul olduğunu vurğulayıb:
“Bu onların öhdəliyi və marağıdır, dövlət onun üçün kifayət qədər şərait yaradıb. Bizdə xüsusi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi var və ondan istifadə edilməlidir. Orada qeydiyyadan keçib öz brendini müdafiə edəcəksən və brend həmin şirkətə məxsus olacaq”.
Deputat qeyd edib ki, Azərbaycan brendlərinin xarici ölkələrdə tanıdılması həmin ölkələrlə diaspora təşkilatları arasında olan əməkdaşlıqdan asılıdır:
“Onların boynuna qoymaq, yaxud məcbur etmək də düz olmaz”.
Jalə
Diaspora.TV
Fərhad Turanlı
Meslektaşım və hörmətli dostum Rüfət bəyə önəmli təklifi üçün təşəkkürlər edər, uğurlar arzulayıram!
10.06.2024 / 11:56