Tarix: 07.11.2024 / 19:08
Diaspora Komitəsində işçilər və vəzifələr ixtisara salınır   - VİDEO

Diaspora Komitəsində işçilər və vəzifələr ixtisara salınır - VİDEO

“Diasporla İş üzrə Dövlət Komitəsində Layihələrin idarə olunması Departamentində Humanitar məsələlər üzrə daşıdığım vəzifə ixtisara düşdü”.

Bu barədə açıqlamanı Diaspora.TV-yə Diaspora Komitəsinin Layihələrin idarə olunması şöbəsinin Humanitar məsələlər üzrə sabiq əməkdaşı Oqtay Orucov verib.

O.Orucov bildirib ki, vəzifəsi ixtisara düşdüyü üçün işdən azad olunub:

“Komitə rəhbərliyi ilə aramızda heç bir problem yoxdur. Hazırda ehtiyatda olan işçilər siyahısındayam”.

İnformasiyanı dəqiqləşdirmək üçün Diasporla İş üzrə Dövlət Komitəsininin Təbliğat, İnformasiya və Analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı ilə əlaqə saxladıq. V.Vahidqızı Diaspora.TV-yə açıqlamasında Azərbaycan evinin açılışı ilə əlaqədar Çexiyada səfərdə olduğunu bildirib və sualımza cavab verməkdən yayınıb.

Qeyd edək ki, son vaxtlar Diaspora Komitəsində 3-dən çox əməkdaşın işinə son verildiyi iddia olunur.

Şərhlər

Yaz...