Tarix: 05.06.2024 / 17:33
Diaspora Komitəsi zəif iş aparır   - Politoloq

Diaspora Komitəsi zəif iş aparır - Politoloq

“Azərbaycan diasporu siyasiləşdikcə dünya siyasi proseslərinə də öz töhvəsini verəcək”.

Bu sözləri Diaspora.TV-yə politoloq Qabil Hüseyn deyib. Politoloq 44 günlük müharibədə qazanılan qələbənin diaspor təşkilatları, xüsusilə də xaricdə yaşayan soydaşlarımızın vətənpərvərlik və milli qürur duyğularının xeyli inkişaf etdirdiyini diqqətə çatdırıb:

“Elə bu zəmində onların bir-biri ilə daha sıx əlaqələrinin yaranması, siyasi proseslərə baş vurmaları və siyasətlə məşğul olmaları da yüksək dərəcədə artdı. Azərbaycanın xarici ölkələrdə sayları milyonlarla ölçülə biləcək disapor üzvləri var”.

Politoloq təəssüflə bildirib ki, onların heç də hamısı deyil, çox kiçik bir hissəsi siyasətlə və siyasi proseslərlə maraqlanır:

“Diasporla İş üzrə Dövlət Komitəsi də bu sahədə zəif iş aparır. Yəni xarici ölkələrdə olan diaspora təşkilatlarının siyasi proseslərə fəal müdaxiləsini təşkil etmək üçün Diaspor Komitəsi fəal sürətdə işləməlidir. Onları bir növ Azərbaycanın xarici siyasət xətti, ermənilərin Azərbaycana qarşı törətdiyi zülmlərlə bağlı, Xocalı soyqırımı, 1918-1920-ci illərdə baş verən erməni soyqırımları və s. bunların hər biri haqqında dünyanı məlumatlandırmalıyıq”.

Politoloq bu nöqteyi-nəzərdən bildirib ki, oyanış var:

“Amma bu oyanış və siyasi proseslərə baş vurma qənaətbəxş səviyyədə deyil”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...