Tarix: 29.05.2024 / 09:02
Diaspora Komitəsi onlarla işləməyi daha üstün tutur  - Vəkil Lalə Həsənova

Diaspora Komitəsi onlarla işləməyi daha üstün tutur - Vəkil Lalə Həsənova

“Diplomatik korpuslarla hər hansı bir problemimiz yoxdur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri, “Türkiyə Respublikası Vəkillər Kollegiyaları Birliyinin, Antalya Vəkillər Kollegiyasının” lisenziyalı vəkili Lalə Həsənova deyib.
Onun sözlərinə görə, hər hansı dövlət qurumu və quruluşundan dəstək almadan fəaliyyət göstərirlər:

“Fəaliyyətimizdən dövlət qurumlarımızın xəbəri yoxdur. Baş konsulluq hər il 28 Mayda tədbir proqramı təşkil edir. Məni də ora dəvət edirlər. Antalya İstanbul baş konsulluq kurasiyasında olduğu zaman daha rahat idi. İndi artıq Antalya Ankara konsulluq şöbəsinin kurasiyasındadır. Pandemiya dövründə şəxsi təşəbbüsümlə İstanbul Baş konsulluğu ilə birlikdə Antalyada yaşayan soydaşlarımızın səyyar qəbulu keçirildi”.

L.Həsənova əlavə edib ki, diaspor rəhbərlərinin bəziləri federasiya təsis edərək bir neçə diaspora təşkilatını öz çətirləri altına alıblar:

“Diaspora Komitəsi də onlarla işləməyi daha üstün tutur. Amma hər diaspor federasiya üzvü olmaq məcburiyyətində deyil. Nədənsə bunu anlamaqda çətinlik çəkirlər”.

L.Həsənova qeyd edib ki, təsisçisi və İdarə Heyətinin sədri olduğu Azərbaycan Xalqlar Dostluğu Birliyi bu günə qədər dövlətini, millətini sevən insanların dəstəyi ilə 100-ə yaxın layihə həyata keçirib.
Təşkilat rəhbəri vurğulayıb ki, bir neçə layihələri Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilməyib:

“Bunlardan ən önəmlisi Heydər Əliyevin 100 illiyi münasibətilə həyata keçirməyi planlaşdırdığımız rəsmi lisenziyalı şahmatçıların turniri idi”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...