Tarix: 02.07.2024 / 15:55
Diaspora Komitəsi iş görür, amma bu çox azdır   - Kulturoloq

Diaspora Komitəsi iş görür, amma bu çox azdır - Kulturoloq

“Multikulturalizm 21-ci əsrin çağırışlarıdır, sivilizasiyalararası dialoqda böyük əhəmiyyətə malikdir. Həm tolerantlıq, həm də multikulturalizmin inkişafında Azərbaycan maraqlıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında kulturoloq Aydın Xan Əbilov deyib. O, əlavə edib ki, bir dövlət olaraq Azərbaycan həmişə ipmeriyaların arasında olub:

“Digər xalqlarla əlaqədə olmuşuq. İndinin özündə də Bakı artıq dünyanın beyin mərkəzinə çevrilib. Beyin mərkəzi olan Bakıda əlbəttə multikulturalizm və tolerantlıqdan gözəl təbliğat vasitəsi ola bilməz. Bu məsələdə də diaspor mümayəndələrinin bizə ehtiyacı var. Diasporla İş üzrə Dövlət Komitəsi müəyyən işlər görür, amma bu işlər çox azdır. Çünki hələ də Azərbaycanda yaşayan xalqların mədəniyyət evlərinin dünyada yaradılmasını biz görmürük. Bəli, bəzi Azərbaycan mədəniyət evləri var. Amma biz çalışmalıyıq ki, həm real, həm də virtual variantda Azərbaycanda yaşayan xalqların həm də mədəniyyət mərkəzlərini yaradaq və insanları dünyanın aparıcı ölkələrində yaşayan soydaşlarımıza da kömək edək. Onlar lazım gələndə mədəniyyət mərkəzlərinin materiallarından istifadə edə bilsinlər”.



Kulturoloq diaspor nümayəndələrinin tez-tez Azərbaycana dəvət etməyin vacibliyini önə çəkib:

“Şəki, Qəbələ, Lənkəran, Astara, milli azlıqların yaşadığı Cənub, Şimal, elə Bakının özündə talışlar, ləzgilər, tatlar, kürdlər, xınalıqlar, digər dinlər, etnik azlıqların və azsaylı xalqların nümayəndələrinin kompakt yaşadqıları yerlərə səfər etmələri, real həyatda onları görmələri Azərbaycanın bir dövlət ideologiyasını nümayiş etdirmək vacib və önəmlidir. Diaspor nümayəndələri də bu təbliğatdan mütləq istifadə etməlidir”.

Aydın Xan Əbilovun fikirincə, bir xalqı tanımaq üçün onun ölkəsində yaşayan xalqlara münasibət çox önəmlidir:

“Son illər Fransada multikulturalizmlə bağlı, mühacirlərə qarşı baş verən hadisələrə baxın... Bu zaman Azərbaycan multikulturalizmi bu ideoloji silahla yarışa girdiyi geosiyasi mübahisələrdə Fransanı susdura bilir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...