Tarix: 19.09.2024 / 08:50
Diaspora Komitəsi bu istiqamətdə öz işinin effektivliyini artırmalıdır    - Politoloq

Diaspora Komitəsi bu istiqamətdə öz işinin effektivliyini artırmalıdır - Politoloq

“Diaspora təşkilatlarının fəaliyyətlərinin koordinasiya olunması vacib məsələdir”.

Bu sözləri Diaspora.TV-yə politoloq Oqtay Qasımov deyib. Politoloq hesab edir ki, bu gün diasporanın üzərinə düşən iki əsas vəzifə var:

“Birincisi, onların fəaliyyət göstərdiyi ölkələrdə soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı məsələlərdir. Onlar həm yaşadqıları ölkələrdə soydaşlar arasında əlaqəni koordinasiyalı şəkildə təmin etməklə bərabər problemlərinin həllinə də müəyyən yardım etməlidirlər. Bundan başqa milli-mənəvi, əxlaqi dəyərlərimizin qorunmasında aktiv iştirak etməlidir. Çalışmalıdırlar ki, yaşadıqları ölkələrdə soydaşlar arasında müntəzəm əlaqə təmin olunsun, eyni zamanda ana dilinin unudulmaması üçün addımlar atılmalıdır”.

Politoloq əlavə edib ki, diaspora təşkilatları həm də Azərbaycan dövlətinin siyasətinin prioritetlərinin nədən ibarət olduğunu yaxşı dərk etməli və dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir:

“Hazırkı dövrdə dünya müəyyən çağırışlarla üz-üzədir. Bu dönəmdə də dövlət maraqlarının müdafiə olunması əsas prioritetlərdən biri hesab olunur. Diaspora təşkilatları Azərbaycanın müvafiq qurumları ilə koordinasiyalı şəkildə bu prosesi həyata keçirməlidir”.

Politoloqun fikirincə, Diaspora Komitəsi məhz bu istiqamətdə öz işinin effektivliyini artırmalı və xaricdə yaşayan soydaşlarımızla əlaqələrini müntəzəm qurmalıdır.

Jalə
Diaspopra.TV


Şərhlər

Yaz...