Tarix: 25.04.2024 / 11:57
Diaspora işini akademik şəkildə həyata keçirmək lazımdır -  Anar Can Kıtay

Diaspora işini akademik şəkildə həyata keçirmək lazımdır - Anar Can Kıtay

“Azərbaycan həqiqətlərinin Türkiyədə tanıdılması istiqamətində bir çox işlərə imza atmışam”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin keçmiş rəhbəri və hazırda Azərbaycan tarixi üzrə ekspert Anar Can Kıtay bildirib.

O, həmçinin 44 günlük Vətən müharibəsi dövründə İstanbulda keçirilən “Ya Qarabağ! Ya Ölüm!” mitinqinin təşkilatçılarından biri olduğunu deyib.

Anar Can Kıtay diaspor fəaliyyətində qarşılaşdığı problemlərin çox olduğunu da diqqətə çatdırıb:

“Yaşadığımız ölkədə Azərbaycan diasporunun ictimai-siyasi həyatına, eləcə də mediasına nüfuz etməsi üçün mütləq şəkildə bu ölkənin şərtlərinə uyğun təşkilatlar yaratmalıyıq. Misal üçün, hazırda Türkiyədə yaşayıram və buranın qanunlarına uyğun bunu etmək olar. Xüsusi vurğulamaq istərdim ki, bu işi də akademik şəkildə həyata keçirmək lazımdır”.

Bəxtiyar Məmmədli



Şərhlər

Yaz...