Tarix: 29.10.2024 / 13:00
 Diaspora işi artıq piar, reklam olmaqdan çıxmalıdır    - Politoloq

Diaspora işi artıq piar, reklam olmaqdan çıxmalıdır - Politoloq

“Azərbaycan dövləti diaspor təşkilatlarının lobbi fəaliyyətinə cəlb olunması üçün çox səy göstərir. Bu illər ərzində dünya azərbaycanlılarının qurultayı keçirilir. Aktiv diaspor nümayəndələrimiz dövlət mükafatları ilə təltif olunub. Onların təşəbbüsləri dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycan hökuməti bu istiqamətdə fəal və maraqlıdır, zərurət yarananda resurslar da ayırır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Zaur İbrahimli deyib. Politoloqun fikirincə, keçmiş təcrübələr təhlil olunmalı və uğurlarımıza söykənib irəli getməliyik:

“Nöqsanlarımızı aradan qaldırmağa çalışmalıyıq. Xeyli təcrübə əldə etmişik. Artıq dövlət qurumlarında kimin kim olduğunu bilirlər. Subyektiv faktorlar kənara qoyulmalıdır. Dövlət qurumları da böyük təcrübəyə malikdir. Yəni hay-küyçülərlə real iş görənləri artıq fərqləndirə bilirlər”.

Politoloq hesab edir ki, diaspor işi piar, reklam olmaqdan çıxmalıdır:

“Azərbaycanın inkişafı, milli maraqlarının təmin edilməsi əsas fəaliyyət istiqaməti olmalıdır. Qarşıya konkert hədəflər və məqsədlər qoyulmalıdır. Güman edirəm ki, diaspor təşkilatları da artıq fərqindədirlər ki, yeni bir vəziyyət yaranıb. 44 günlük qələbədən sonar Azərbaycanın mövqeləri möhkəmlənib. Belə bir şəraitdə şəxsi maraqları kənara qoyub səmimi qəlbdən işləmək lazımdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...