Tarix: 12.07.2024 / 07:00
Diaspora güzəştli limitin ayrılması metodlardan biridir  - İqtisadçı

Diaspora güzəştli limitin ayrılması metodlardan biridir - İqtisadçı

“Azərbaycanda turizmin inkişafı məqsədilə nüfuzlu diaspor təşkilatlarına güzəştli limitin ayrılması turizmin inkişaf etdirilməsində metodlardan biridir. Amma deməzdim ki, ən effektlisi və səmərəlisidir. Ən səmərəlisi o olardı ki, Azərbaycan quru sərhədlərini açar, uçuş biletlərinin qiymətini aşağı salardı. Yəni ədalətli qiymət formalaşardı”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. Onun sözlərinə görə, bu ölkəyə daha çox turistin cəlb edilməsinə gətirən səbəblərdir:

“Ölkə daxilində turizmə daha geniş imkanların açılması üçün sahəni inhisardan çıxartmaq lazımdır. Bu səbəbdən qiymətlər ucuzlaşmır, ya olduğu kimi qalır, ya da bahalaşır. Bu da turist cəlbedicliyini aşağı salır”.

A.Nəsirli qeyd edib ki, bu səbəbdən müstəqil şəkildə turizm bazarına girmək mümkün deyil:

“Bu mümkün olsaydı müxtəlif ərazilərdə vətəndaşların təşəbbüsləri ilə maraqlı turizm məkanları açılıb genişlənərdi. Bu da həm ölkə daxili, həm də ölkə xarici turizimin inkişaf etməsinə imkan yaradardı. Təkcə Azərbaycan diasporunun xətti ilə ölkəyə dəvət olunan turistlərə güzəştlərin verilməsi çox da yüksək səmərəliliyə malik olmayacaq. Düzdür, müəyyən təsirlərə malik olacaq, amma ciddi təsirini görmürəm”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...