Tarix: 15.07.2024 / 14:50
Diaspora güzəştli limit turist axının sürətləndirə bilər   - İqtisadçı

Diaspora güzəştli limit turist axının sürətləndirə bilər - İqtisadçı

“Ölkədə turizmi inkişaf etdirmək məqsədi ilə bütün mövcud imkanlardan istifadə etmək vacibdir. Bundan əlavə turizmin inkişafında stimullaşdırıcı amillərdən də yararlanmaq mümkündür”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib. Ekspert hesab edir ki, bu məsələdə nüfuzlu diaspor təşkilatlarından istifadə etmək, onlara güzəştli limitin ayrılması mümkündür:

“Bu gözəl təşəbbüs sayılardı. Amma bunun üçün müvafiq işlək bir mexanizmin olması vacibdir. Ən başlıcası həmin mexanizm bilavasitə ölkədə turizmin inkişafına dəstək verməlidir. Yəni, əlavə sui-istifadə hallarının meydana çıxması üçün zəmin yaranmamalıdır”.

Pərviz Heydərovun fikirincə, ölkədə turizmin inkişafında ən böyük problem qiymət amilidir:

“Mövcud qiymət siyasəti Azərbaycanda turizmin inkişafını buxova alan və onun qarşısında ən mühüm əngəl sayılır. Nüfuzlu diaspor təşkilatlarına güzəştli limitlərin tətbiqi də mövcud qiymət şəraitində istənilən effekti verməyə bilər. Ona görə də mən hesab edirəm ki, bu məsələdə ən mühüm şərt turizmin inkişafında düzgün qiymət siyasətinin həyata keçirilməsidir”.

Pərviz Heydərov hesab edir ki, turizmin inkişafında ən mühüm amil düzgün qiymət siyasətinin həyata keçirilməsidir:

“Bizdə qiymətlər kifayət qədər yüksəkdir. Mövcud tariflər turizm sahəsində həyata keçirilən qiymət siyasəti müvafiq xidmət səviyyəsi ilə üst-üstə düşmür. Qonşu ölkələrlə müqayisədə rəqabətdə uduzuruq. Qiymətlər tələb və təklifin nisbəti altında düzgün tənzimlənməlidir. Diaspor təşkilatlarına da müəyyən güzəştli limitlərin ayrılması məqəsədi ilə ölkəyə turist axının genişləndirmək olar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...