“Azərbaycan adət-ənənələrini, musiqisini və mətbəxini təbliğ edən mədəniyyət tədbirlərində yaxından iştirak etmişik. Bu tədbirlər zəngin irsimizi öyrənmək üçün platforma olub”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında İngiltərədə yaşayan azərbaycanlı Röyalə Amiral-Moody deyib.
Röyalə Amiral-Moodyın sözlərinə görə, Azərbaycanın tarixi və mədəniyyəti haqqında faktiki məlumatları təqdim etmək üçün müəyyən tədbirlər təşkil edib:
“Bizim əsas məqsədimiz sosial mediada məqalələr, videolar və şəxsi hekayələr paylaşaraq dezinformasiyaya qarşı mübarizə aparmaq olub. Hər zaman Azərbaycanın daha dəqiq təsvirini verməyə çalışmışıq. Düzünü desək, diaspora artıq koordinasiya və vahid idarəetmə sahəsində əla işlər görür. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki icmaları effektiv şəkildə istiqamətləndirir və dəstəkləyir. Üstəlik, yerli və beynəlxalq qruplarla olan tərəfdaşlarımız çox dəyərli resurslar və dəstək gətirir”.
Röyalə Amiral-Moody qeyd edib ki, diaspora fəaliyyətində ciddi problemləri yoxdur:
“Hər şey çox yaxşı gedir və aldığımız dəstəkdən çox razıyıq. İcma fəaldır, layihələrimiz uğurludur və biz birlikdə böyüməyə və inkişaf etməyə çalışırıq”.
Xəyalə Zöhrab
Diaspora.TV