Tarix: 05.07.2024 / 10:50
Diaspora üçün müvafiq addımlar atmaq olar   - TƏKLİF

Diaspora üçün müvafiq addımlar atmaq olar - TƏKLİF

“Bəzi insanlar var ki, onlara güzəştlər etmək, diaspora dəstək proqramı çərçivəsində müvafiq addımlar atmaq olar. Hamıya güzəştlər olunsa bu dünya səviyyəsində narazılıq yaradar və bundan əlavə bazar iqtisadiyyatı qanunlarına uyğun olmaz”.

Bu sözləri Diaspora.TV-yə sabiq deputat Əli Əlirzayev Azərbaycanda turizimin inkişafı məqsədilə nüfuzlu diaspor təşkilatlarına güzəştli limitin ayrılması yollarından danışarkən deyib.

Əli Əlirzayevin sözlərinə görə, istənilən bir sahəni inkişaf etdirmək üçün güzəştlər tətbiq edilməlidir:

“Azərbaycanda bunu iki istiqamətdə həyata keçirmək olar. Birincisi, diasporu Azərbaycana cəlb etmək və ölkənin bütün tədbirlərində iştiraklarını təmin etməklə… Bu baxımdan onlara güzəştli yol xərcləri vermək, yaxud da burada onların istirahətlərinin daha aşağı qiymətlərlə təşkili mühüm amildir. İkincisi, Azərbaycana nə qədər turist gələrsə ölkənin gəliri də bir o qədər çoxalacaq. Amma bu məsələdə ayrı-seçkilik edilməməlidir. Yəni, azərbaycanlı turistlərə qiyməti aşağı edib, xarici turistlərə baha xidmət yolverilməzdir. Çünki bu beynəlxalq aləmdə qəbul edilmir”.

Əli Əlirzayev hesab edir ki, əgər Azərbaycanda yerli turizm inkişaf edərsə bu daha çox turistin gəlişinə səbəb olacaq:

“Turistlər öz vətənlərində istədikləri kimi dincələcək, iş quracaqlar. Turizm təşkilatlarının hamısı özəl sektordur. Bazar iqtisadiyyatının qanunları var. Rəqabət mühütü şəraitində çalışırlar ki, gəlirlərini artırsınlar, keyfiyyəti yüksəltsinlər, infrastrukturu genişləndirsinlər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...