Tarix: 17.05.2024 / 09:49
Diaspora bütün göstərişlər  Bakıdan verilməlidir?

Diaspora bütün göstərişlər Bakıdan verilməlidir?

“Diaspor məsələlərində ən vacib problemlərdən biri maliyyədir. Diaspor təşkilatları hələ də maliyyələşmənin forma və metodunu müəyyənləşdirə bilmirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Onun fikirincə, maliyyələşmə məsələləri ortaya çıxanda diaspor təşkilatlarında yeni problemlər yaranır:

“Bu gün dünyada Azərbaycan diasporunun müxtəlif informasiya vasitələri fəaliyyət göstərir, amma bu daha çox lokal xarakter daşıyır. Kütləviləşə bilmirlər, xüsusən də Güney Azərbaycanda onların səsi eşidilmir. Məsələn, İrandan olan başqa entik qrupların xaricdəki informasiya vasitələri daha güclüdür. Bundan əlavə əlaqələr güclüdür, təşkilatlanmaları ondan da güclüdür. Bizdə isə onun baş verməsi sadalanan səbəblərdən reallaşa bilmir”.

Politoloq “diaspor yoxdur”, “diaspor formalaşa bilmir” fikirlərinə qarşı olduğunu da əlavə edib:

“Əvvəlki dövrlərlə müqaisədə Güney və Quzey Azərbaycan diasporu var. Onlar Azərbaycan Respublikası, dünya azərbaycanlılarının bir sıra peroblemlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasında mühüm rol oynayır. Həm Güney, həm də Quzeyli diasporun əsas problemlərindən biri də yaşadıqları ölkəyə zəif inteqrasiya olunmalarıdır”.

S.Soltan hesab edir ki, həm Güneyli, həm də Quzeyli diasporun digər bir problemi ictimai-siyasi proseslərdə zəif iştirak etmələridir:

“Bu da diasporun təşkilatlanmasını əngəlləyir, yaxud da təşkilatlanmasına mane olur. İstər Güney, istərsə də Quzeyli diaspor nümayəndələrində bəzən belə təəsürat yaranır ki, bütün göstərişlər, təlimatlar Bakıdan verilməlidir. Məncə diasporun formalaşması, müstəqil və eyni zamanda əlaqəli şəkildə fəaliyyəti üçün bu maneələr aradan qalxmalıdır”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...