Tarix: 05.11.2024 / 16:31
Diaspor təşkilatları bir-birlərinə rəqib kimi baxırlar...   - Sosioloq

Diaspor təşkilatları bir-birlərinə rəqib kimi baxırlar... - Sosioloq

“Soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi hazırlanması zamanı diaspor təşkilatlarının fikirləri öyrənilməli və nəzərə alınmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, təkcə diaspor təşkilatlarının deyil, eyni zamanda xarici ölkələrdə yaşayan ictimai işlərdə fəal soydaşlarımızın da fikirlərinin nəzərə alınması mütləq şərtlərdən biridir:

“Ola bilər ki, heç hansısa təşkilatın üzvü deyil, amma müxtəlif sahələrdə - ictimai-siyasi, sosial proseslərdə mövqe tutan azərbaycanlılar var, onların da özünəməxsus fikirləri var. Xaricdəki konsulluqlar, səfirliklərlə diaspor təşkilatlarının qarşılıqlı əməkdaşlığı yüksək səviyyədə təşkilatlanmış formada mümkün olsun. Bizim müxtəlif ölkələrdə diaspor təşkilatlarımız var, amma təəssüf ki, həmin təşkilatlara o ölkələrdə yaşayan soydaşlarımızın bəlkə də heç 1%-ni belə özündə birləşdirmir, yəni rəsmi iştirakçılıq, üzv formasında... Bu çox pis haldır”.

Elçin Bayramlının sözlərinə görə, Azərbaycan diasporu mövcud potensial və imkanlardan ancaq 15%-dən bəhrələnə bilir:

“Yəni, milyonlarla insanlar müxtəlif ölkələrdə yaşayırlar. Amma diaspor təşkilatlarımız hər hansı bir tədbir keçirəndə orada 50-100 nəfərə yaxın üzv iştirak edir. Bu çox aşağı göstəricidir. Həmin təşkilatlar ordakı azərbaycanlılıarla işləməli, platformalar yaradılmalıdır. Ən azı onlayn platformalar, qruplar olmalıdır. Bəzən bir neçə diaspor təşkilatları olur, onlar da sanki hakimiyyət uğrunda mübarizə aparan kimi bir-birlərinə rəqib kimi baxırlar. Nəticədə narazılıqlar yaranır. Bu da parçalanmaya səbəb olur, halbuki bu yoverilməzdir”.

Elçin Bayramlı hesab edir ki, diaspor təşkilatlarının ümumi bir ittifaqı olmalıdır.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...