Tarix: 24.07.2024 / 10:40
Diaspor təşkilatlarının problemləri müxtəlifdir   - Sabir Rüstəmxanlı

Diaspor təşkilatlarının problemləri müxtəlifdir - Sabir Rüstəmxanlı

“Bütün qanunlar kimi “Soydaşlar və diaspor təşkilatları haqqında” qanun qəbul olunanda bu sahəni dərindən bilən mütəxəssislərin fikirləri mütləq nəzərə alınmalıdır”.

Bu sözləri Diaspora.TV-yə Dünya Azərbaycanlıları Konqresinin həmsədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, qanunun qəbulu zamanı diaspor təşkilatları və Diasporla İş üzrə Dövlət Komitəsinin xeyli təklifləri və fikirləri olur:

“Əlbəttə bunlar öyrənilməlidir. Bundan əlavə xaricdə yaşayan soydaşlarımızın hamısı olmasa da müəyyən qisminin fikirləri dinlənilir. Diaspor təşkilatlarının hamısı eyni deyil. Onların problemləri müxtəlifdir. Rusiyada, Avropada və s. yerlərdə problemlər fərqlidir. Qanun elə qəbul olunmalıdır ki, problemlərin bir hissəsini həll etməyə şərait yaratsın”.

Sabir Rüstəmxanlı hesab edir ki, qanun qəbul olunarkən türk dövlətləri təşkilatlarının ümumi siyasəti də nəzərə alınmalıdır:

“Dünyanın hər yerində türk respublikalarının vətəndaşları var. Onların ümumi diaspor təşkilatlarının koordinasiyası da lazımdır”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...