Tarix: 17.09.2024 / 17:05
Diaspor təşkilatlarının görməli işlər çoxdur   - Turan Rzayev

Diaspor təşkilatlarının görməli işlər çoxdur - Turan Rzayev

“Yeni dövrdür, eyni zamanda yeni reallıqlar da var. Azərbaycan artıq qalib bir ölkədir. Ən əsası qalib ölkənin diaspor təşkilatları da xarici ölkələrdə Azərbaycanı ən yüksək səviyyədə təmsil etməlidirlər”.

Bu sözləri Diaspora.TV-yə politoloq Turan Rzayev deyib. Onun sözlərinə görə, yenə Ermənistan üzərində əldə edilən qələbənin tanıdılması və eyni zamanda bu qələbənin Ermənistan tərəfindən təhrif edilməməsi istiqamətində işlər görülməlidir:

“Bu prosesdə diasporun üzərinə kifayət qədər böyük iş düşür. Hesab edirəm ki, Azərbaycan dövləti səviyyəsində diaspora, lobbiçilik fəaliyyətinə kifayət qədər dəstək var. Bundan səmərəli istifadə edilməsi və resursların artırılması istiqamətində diaspor təşkilatları, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə düşən öhdəliklər var”.

Politoloq hesab edir ki, Diasporla İş üzrə Dövlət Komitəsi problemlərin aradan qaldırılması istiqamətində çox işlər görməlidir:

“Amma bütün işləri diasporun öhdəsinə də buraxmaq olmaz. Xarici ölkələrdə yaşayan azərbaycanlıların sayı artmaqdadır. Onların arasında təhsil almağa gedən gənclərin sayı kifayət qədərdir. Onların hər biri intellektual və təşkilatlanmaq bacarığına malikdirlər”.

T.Rzayev vurğulayıb ki, bu şəxslərin yaşadıqları ölkələrdə tanıdılması, ictimaiyyət arasında nüfuz qazanması, digər azərbaycanlılarla kommunikasiya yaratmaları üçün diaspor təşkilatlarının görməli olduğu işlər olduqca çoxdur.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...