Tarix: 17.07.2024 / 16:50
Diaspor təşkilatlarının fikirləri öyrənilməlidir   - Sabiq deputat

Diaspor təşkilatlarının fikirləri öyrənilməlidir - Sabiq deputat

“Qanunvericiliyin əsas mahiyyəti bundan ibarətdir. İstənilən bir qanun yaxud da qanuna düzəliş özünəmüvafiq təşkilatlarla, nazirliklər və aidiyyatı qurumlarla müzakirə olunur”.

Bu sözləri Diaspora.TV-yə sabiq deputat Əli Əlirzayev deyib. Onun sözlərinə görə, ilk öncə qanunun komitədə müzakirəsinə mütəxəssislər dəvət olunur:

“Bütün tərəflər təhlil olunur və göndərilir Nazirlər Kabinetinə. Orada da müzakirə olunduqdan sonra Prezident Aparatına göndərilir. Qanunun bütün müzakirələrində aidiyyatı tərəflərin iştirakı vacibdir”.

Sabiq deputat əlavə edib ki, "Soydaşlar və diaspor təşkilatları haqqında" AR Qanun layihəsinin hazırlanması zamanı diaspor təşkilatlarının fikirləri öyrənilməli, təklifləri səsləndirilməlidir.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...