Tarix: 04.06.2024 / 08:39
Kimin nə kəm-kəsiri var idi, üstü örtülüb  - Partiya sədri

Kimin nə kəm-kəsiri var idi, üstü örtülüb - Partiya sədri

“Qarabağda qələbə çaldıq, torpaqlarımız işğaldan azad olunub. Düşünürəm ki, bu istiqamətdə diaspor təşkilatlarının da əməyi az olmayıb”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Partiya sədri hesab edir ki, diaspor təşkilatlarının xarici ölkələrdə keçirdiyi tədbirlərin əhəmiyyəti böyükdür:

“Biz hər şeyə qara deyə bilmərik. Qarabağ işğaldan azad olunub, bununla da kimin nə kəm-kəsiri var idi, üstü örtülüb. Bizim bir problemimiz vardı - Qarabağ. Qarabağ azad olundu və hər şey qaydasına düşdü”.

Partiya sədri diaspor təşkilatlarına uğurlar arzu edib.

Jalə Mahmudlu
Diaspora.TV

Şərhlər

Yaz...