Tarix: 05.08.2024 / 08:16
Diaspor təşkilatlarının apardığı iş bizi qane etmir   - Politoloq

Diaspor təşkilatlarının apardığı iş bizi qane etmir - Politoloq

“Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, həmçinin siyasi partiyalar bu məsələdə dövlətə dəstək verməlidir”.

Bu sözləri Diaspora.TV-yə politoloq Arzuxan Əlizadə diaspora sahəsində keyfiyyət dəyişikliklərinə nail olmağın yollarından danışarkən deyib.

Politoloq hesab edir ki, bu məsələdə diaspor təşkilatlarının daha da güclənməsinə ehtiyac var:

“Azərbaycanda diaspora məsələləri üzrə Dövlət Komitəsi var. Azərbaycan dövləti müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarına ciddi dəstək verməkdədir. Tam səmimi deyirəm ki, bu gün diaspora təşkilatlarının apardığı iş bizi qane etmir”.

Politoloqun sözlərinə görə, ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycan iş adamları, sahibkarlar, bundan əlavə ictimai-siyasi xadimlər var:

“Onlar da dövlətə bu prosesdə dəstək verməlidir”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...