Tarix: 23.09.2024 / 08:22
Diaspor təşkilatlarını hərəkətə gətirməliyik    - İqtisadçı

Diaspor təşkilatlarını hərəkətə gətirməliyik - İqtisadçı

“Ölkənin tanıdılması nöqteyi nəzərindən diaspor təşkilatlarını hərəkətə gətirməliyik”.

Bu sözləri Diaspora.TV-yə iqtisadçı Fuad İbrahimov deyib. Onun sözlərinə görə, dövlət bununla bağlı kifayət qədər vəsait ayırır:

“Bundan əlavə hər hansı turizm layihəsi olaraq imtiyazlı kreditlər də ayrıla bilər. Amma sadəcə güzəştli kreditlər, limitlər verilməlidir ki, onlar müəyyən işləri görə bilsinlər. Məqsədli şəkildə turizm layihəsinə uyğun limit ayrılsa bunun effekti olacaq”.

Fuad İbrahimov hesab edir ki, Azərbaycanda turizmin inkişafı məqsədilə diaspor təşkilatlarına güzəştli kreditlərin ayrılması yaxşı təklifdir:

“İlk növbədə sabitlik lazımdır. Həm siyasi, həm də iqtisadi... İkincisi, ölkəyə daxil olmaq üçün əlverişli mühit lazımdır. Quru, hava, dəniz yolu və s. bunun elastikliyi lazımdır. Hava yolu açıqdırsa və bir istiqamətdə təkcə cəmi bir təyyarə gəlirsə o zaman turizmin hansı inkişafından danışa bilərik? İlk növbədə bu proseslər həyata keçirilməlidir”.

Fuad İbrahimov qeyd edib ki, daxili infrastruktur inkişaf etdirilməli və eyni zamanda rəqabətyönlü olmalıdır:

“Rəqabət deyəndə 3-4-5 ulduzlu otellər olmalı və xidmət sektoru kifayət qədər əlverişli qurulmalıdır. Nəqliyyat vasitələri, məsələn, qatar yerində olmalıdır ki, turist bir nöqtədən digərinə hərəkət edə bilsin. Onların təmassız ödəniş terminalları ilə kontakta girmək imkanları olmalıdır”.

Jalə
Diaspora.TV




Şərhlər

Yaz...