Tarix: 18.09.2024 / 10:45
 Diaspor təşkilatlarımız yenə zəif görünür  - FOTOFAKT

Diaspor təşkilatlarımız yenə zəif görünür - FOTOFAKT

Azərbaycanın artan nüfuzu ölkəmizin düşmənlərinin, xüsusilə də erməni şovinizminin, onların havadarlarının və əlaltılarının “yuxusuna haram qatmaqdadır”. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasınına (COP29) rəsmi Bakının sədrliyi əleyhidarlamızda daha böyük qıcıq yaratmaqdadır.

Son vaxtlar Azərbaycanın yüksələn beynəlxalq nüfuzunu qəbul edə bilməyən erməni diasporu adı ilə xaricdə fəaliyyət göstərən daşnak təşkilatları və onlardan qidalanan bəzi siyasi və ictimai şəxslər nüfuzlu və mötəbər tədbir üzərindən ölkəmizə qarşı kampaniyaya başlayıblar. ABŞ dövlət katibinin Prezident İlham Əliyevə telefon zəngindən və danışıqlar zamanı Ağ Ev yetkilisinin COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd etməsindən və Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulamasından sonra daha da narahat olan mənfur və qərəzli çevrələr qarayaxma kampaniyası çərçivəsində atılan addımlarını daha da intensivləşdiriblər. Bunu Amerikada, Avropada fəaliyyət göstərən erməni təşkilatları və onların əlaltılarının sosial şəbəkə plaformalarındakı paylaşmalarından da görmək olar.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, diaspor təşkilatlarımızın böyük əksəriyyətinin sözügedən mötəbər tədbirə Vətənimizin ev sahibliyi etməsi bir yana, düşmənlərimizə sosial platformalar üzərindən olsa belə, tutarlı cavab verdiyni görmürük.

Diaspora.TV olaraq xaricdə yaşayan soydaşlarımızı və icmalarımızı mənfur düşmənin təxribatına və qarayaxma kampaniyasına qarşı səfərbər olmağa çağırırıq.









Şərhlər

Yaz...