“Diaspor təşkilatları vasitəsi ilə Azərbaycana dəvət turlarının təşkili əslində yeni bir innovativ yanaşmadır. Belə turların təşkili bir tərəfdən Azərbaycanın təqdimatı, digət tərəfdən turizmin inkişafı baxımından vacib hesab olunur”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat əlavə edib ki, nəticə etibarı ilə bu ölkəyə çox turistin gəlməsinə və Azərbaycanın daha yaxından təqdimatına imkan yarada bilər:
“Ona görə də vacib layihədir. Bu layihənin fərqli ölkələrdə genişləndirilməsi və tətbiq edilməsinə ehtiyac var. Belə layihələrin reallaşması turizmin inkişafına xüsusi töhfə verir”.
V.Bayramov 2024-cü ilin geridə qalan aylarında ölkəyə gələn turistlərin sayında artım olunduğunu vurğulayıb.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu hökumətə ölkə turiziminin inkişafı üçün dəvət turlarının həm də diaspor vasitəsilə həyata keçirilməsini təklif edib.
Jalə
Diaspora.TV