Tarix: 05.07.2024 / 21:48
Diaspor təşkilatları nəylə məşğuldur, biz onu bilmirik   - Xalq artisti

Diaspor təşkilatları nəylə məşğuldur, biz onu bilmirik - Xalq artisti

“Filmlərimizin xarici ölkələrdə nümayiş olunması Azərbaycan mədəniyyətinin, kino tarixinin təbliğatıdır”.

Bu sözləri Diaspora.TV-yə Xalq artisti Şeyx Əbdül Mahmudov deyib. Rejissor Azərbaycanın bir neçə filminin hazırda xarici ölkələrdə nümayiş olunduğunu xatırladıb:

“Bu barədə bizə məlumat verirlər. Məsələn, “7 oğul istərəm”, “Axırıncı aşırım“ bədii filməri Amerikada nümayiş olunur. Amma bunların sayının çoxalması lazımdır. Bunun üçün də Diasporla İş üzrə Dövlət Komitəsi aidiyyatı qurumlara müraciət edib nümayiş olunacaq filmlərin razılığını almalıdır”.

Aktyor hesab edir ki, xarici ölkələrdə diaspor təşkilatlarının dəstəyi ilə yüksək səviyyədə görüşlər keçirmək olar:

“Sonra orada iştirak edənlərə filmlər nümayiş olunmalıdır. Buna həmişə ehtiyac var. Amma bizim diaspor təşkilatları nəylə məşğuldur, biz onu bilmirik”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...