“Diaspor təşkilatları ilə bağlı konkret fəaliyyət proqramı yoxdur. Diasporla İş üzrə Dövlət Komitəsi müəyyən işlər görür, amma həmin işlər dağınıq haldadır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
A.Nağı bu istiqamətdə vahid bir proqramın olmadığını diqqətə çatdırıb:
“Diaspor hərəkatı, diaspor işi elə-belə iş deyil. Bir təşkilat yaradıb, mintinq keçirməklə məsələ bitmir. Planlı, düşünülmüş şəkildə bu işlər həyata keçirilməlidir. Bu da hiss olunmur. Biz Qarabağ Azadlıq Təşkilatının dövründə diaspor təşkilatları ilə birgə fəaliyyət göstərirdik. 2015-ci ildə əlavə bir qurum - Beynəlxalq Qarabağ Forumu da yaratmışdıq. Biz onun adını Beynəlxalq Qarabağ Təşkilatı qoyduq. 2015-ci ildə bunu yaradanda məqsədimiz dünyada, xüsusən də bizə dost ölkələrdə Qarabağ həqiqətlərinin təbliği ilə bağlı qeyri-hökumət təşkilatları şəbəkəsini yaratmaq idi və yaratdıq da... Həmin şəbəkə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Belçika, Almaniya və digər ölkələrdə bu günə kimi də fəaliyyət göstərir”.
Akif Nağı həmin qurumun koordinatorlarından biri olduğunu da önə çəkib:
“Biz öhdəmizə düşən işi davam etdiririk. Lakin onu gücləndirmək üçün vahid bir konsepsiya üzərində iş aparılmalıdır. Təəssüf ki, bu da yoxdur, görmək istədiyimiz işlər lazımı səviyyədə deyil, zəifdir”.
Jalə
Diaspora.TV
Fərhad Turanly
Təqdirə Layiq müsahibədir. Beynəlxalq Qarabağ Forumu ciddi fəaliyyət gösdərməkdədir. Sağ olun Akif bəy!
31.05.2024 / 12:16