Tarix: 28.08.2024 / 19:28
 Diaspor təşkilatları görüntü üçün hərəkət etməyə çalışır     – Siyasi şərhçi

Diaspor təşkilatları görüntü üçün hərəkət etməyə çalışır – Siyasi şərhçi

“Xaricdə yaşayan soydaşlarımız həm Türkiyə, həm də Azərbaycan diasporundan ona görə qaçırlar ki, diasporamız şablon xarakterli tədbirlər keçirirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Elman Abbasov Avropada məskunlaşan Güney Azərbaycan icmasının Azərbaycan və türk diasporundan kənar gəzməsinin səbəblərindən danışarkən deyib.

Politoloq bunu həm də ideoloji mübarizə hesab edir:

“Xaricdə yaşayan soydaşlarımız daha çox könüllü fəaliyyətə üstünlük verirlər. Onlar ürəkdən istəyir ki, Azərbaycançılığı, türkçülüyü təbliğ etsinlər. Diaspor təşkilatları isə bütün tədbirlərdə çalışırlar ki, fəaliyyətlərini çərçivəyə salsınlar”.
Politoloq fikrincə, Azərbaycanın kənarda yaşayan soydaşları isə çərçivədə hərəkət etmək istəmirlər:

“Diaspor təşkilatları daha çox görüntü üçün hərəkət etməyə çalışır. Bunu da bizim soydaşlarımız bildiyi üçün onlardan kənar gəzir. Amma özləri fərdi qaydada daha yaxşı fəaliyyət göstərə bilirlər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...