Tarix: 25.05.2024 / 08:10
Diaspor təşkilatları bir fond yaradıb...   – MŞ İdarə Heyətinin üzvü

Diaspor təşkilatları bir fond yaradıb... – MŞ İdarə Heyətinin üzvü

“Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra yaşadığı bu 33 il ərzində böyük strateji uğurlara doğru sanki üç 33 il məsafə qət edib. Çox böyük uğurlara imza atmışıq. Avropa və Qərb ölkələri həmişə Azərbaycanın uğurlarına kədərləniblər, müxtəlif yollarla bizim ölkənin inkişafının qarşısını almağa çalışıblar. Xüsusən də Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisi işğal oldundğu 30 il ərzində bu işğalın əbədi olmasına çalışıb. Söhbət məşhur beynəlxalq təşkilatlardan gedir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu Azərbaycana qarşı formalaşan “Avropa cəbhəsi”in qarşısının alınması yollarını izah edərkən deyib.

C.Musaoğlu diaspor təşkilatlarının bu istiqamətdə addımlar atdığını da önə çəkib:

“Sadəcə effektli deyil, yeni növ addımlar atmaq lazımdır. Niyə Avropada yaşayan azərbaycanlılar məktub göndərib ATƏT-in Minsk qrupunun ofisində görüşlər keçirmək istəməsinlər? Həmin şəhərin deputatları ilə görüşməsinlər? Xarici dillərdə Avropa mətbuatında çıxış edə bilərlər. Diaspor təşkilatları bir fond yaradıb, ayda heç olmasa 3 dəfə yaşadıqları ölkənin nüfuzlu media orqanlarında çıxış etməklə Azərbaycanın bu günkü həqiqətlərini oradan dünyaya daha rahat çatdıra bilərlər. Qərbin məkirli siyasətinin qarşını almaqda çətinlik çəkəcəyik. Amma yeni növ etirazlardan yararlanmaq daha məqsədəuyğundur”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...