Tarix: 23.07.2024 / 03:40
Diaspor təşkilatları arasında böyük ziddiyyətlər var   - Sədr

Diaspor təşkilatları arasında böyük ziddiyyətlər var - Sədr

“Diaspor sahəsində inkişaf etmək istəyiriksə, hər bir ölkədə bitərəf idarəetməni bacara bilən bir şəxsi rəhbər seçməliyik. Hansı ki, həmin rəhbər soydaşlarımız arasında ayrı-seçkilik etməsin”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlarına Dəstək Cəmiyyəti İdarə Heyətinin üzvü Yeganə Cəfərova bildirib.

Y.Cəfərovanın sözlərinə görə, diaspor rəhbərləri heç kəsin işini şəxsi həyatı ilə dəyərləndirməməlidir:

“Görülən işə qiymət vermək lazımdır. Diasporlar yaşadıqları ölkənin qanunlarına uyğun davranışlar sərgiləyib, vətənimizi layiqincə təmsil etməlidirlər”.

“Hər kəsin də bildiyi kimi, diaspor könül işidir. Bu səbəbdən hər kəs öz ailəsinə ayırdığı zamandan, işinə ayırdığı vaxtdan əlavə bir də bu işlə məşğul olur. Nəticə etibarı ilə bunu qəlbindən gəldiyi üçün edir və bunu da dəyərləndirmək lazımdır. Düşünürəm ki, hər kəs eyni işi görməməlidir, fərqli-fərqli sahələrdə Azərbaycanı tanıtmalıyıq. Hərəmizin bir xətti var. Kimi mədəniyyəti, kimi siyasəti, dilimizi və s. tanıtmaq üçün fəaliyyət göstərir”.

Y.Cəfərova bildirib ki, hazırda diaspor təşkilatları arasında böyük ziddiyətlər var:

“Təəssüf ki, bir-birlərini qəbul etmək istəmirlər. Nə zaman xalqımızın və dövlətimizin diaspora ehtiyacı olarsa, biz oradayıq. Xaricdə Azərbaycanı layiqincə və yüksək səviyyədə təmsil etməyə çalışırıq”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...