Tarix: 19.09.2024 / 13:00
Diaspor siyasətimiz ciddi təhlil olunmalıdır    - Politoloq

Diaspor siyasətimiz ciddi təhlil olunmalıdır - Politoloq

“Azərbaycanın diaspor siyasəti ciddi təhlil olunmalıdır”.

Bu sözləri Diaspora.TV-yə politoloq Zaur İbrahimli deyib. Onun sözlərinə görə, bu vaxta kimi əldə olunan təcrübələr ciddi nəzərdən keçirilməlidir:

“Nöqsanların aradan qaldırılması istiqamətində konkret tədbirlər planlı işlənib hazırlanmalıdır. Bu tədbirlərin fəaliyyət planı ictimaiyyətə açıqlanması da önəmli deyil. Müvafiq dövlət qurumları özləri konkret yol xəritəsi işləməlidirlər. Qarşıya konkret hədəflər qoyulmalı və bu istiqamətdə iş aparılmalıdır. Yəni, bu pərakəndə deyil, sistemli şəkildə nəticələri, hədəfləri, məqsədləri bir proqram çərçivəsində aparılmalıdır. Belə olan halda güman edirəm ki, yaxın prespektivdə biz problemlərin əksəriyyətini həll edə biləcəyik”.

Politoloq hesab edir ki, diaspor fəaliyyəti könüllü, konkret dəyərləri özündə ehtiva edən və doğma vətənin maraqlarına xidmət prinsipi əsasında həyata keçirilməlidir:

“Hazırda rəsmi diaspor siyasətində müəyyən qədər sahmana salma həddini görürük. Yəni əvvəlki kimi ögey-doğma münasibəti deyil, konkret prinsiplər üzərində yanaşma müşahidə olunur. Güman edirəm ki, zamanla bu istiqamətdə görülən işlər öz nəticəsini verəcək”.

Zaur İbrahimlinin fikrincə, əsas məsələ hazırda kompleks yanaşmanın təmin olunmasıdır.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...