Tarix: 20.05.2024 / 14:21
Diaspor siyasəti yenidən qurulmalıdır    - Siyasi şərhçi

Diaspor siyasəti yenidən qurulmalıdır - Siyasi şərhçi

“Diasporun işi ilə bağlı bir dövlət proqramı hazırlanmalıdır. Diaspor işləri ilə bağlı hansı tədbirləri keçirmək, diasporun işini necə əlaqələndirmək lazımdır və s. hamısı hazırlanacaq yeni proqramda öz əksini tapmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi, sabiq millət vəkili Qulamhüseyn Əlibəyli deyib.

O, bu siyasətin yenidən qurulmasına ehtiyac olduğunu vurğulayıb:

“Uzun müddət bizdə diasporla bağlı əlaqələr iqtidar - müxalifət nöqteyi-nəzərindən xarakterizə olunub. Xaricdə yaşayan diaspor nümayəndələrinin bəziləri müxalifəti təmsil edir. Azərbaycan rəsmiləri həmin şəxslərlə əlaqə yaratmayıblar, bəzi hallarda diaspor daxilində parçalanma təhlükələri yaranıb. Bu siyasət əsaslı şəkildə yenidən qurulmalıdır. Buna görə də müəyyən tədbirlər planının hazırlanmasına ehtiyac var”.

Siyasi şərhçi diaspor təşkilatlarının birmənalı olmadığını qeyd edib:

“Onlar Azərbaycandan kənarda yaşayan adamlardır. Buna görə də onlarla dövlət məmuru kimi deyil, yumşaq şəkildə, Azərbaycanı xaricdə təmsil etmək imkanına malik olan şəxslər kimi rəftar olunmalıdır. Amma bir çox hallarda biz bunu görmürük. Əlbəttə, Azərbaycanı xaricdə yaxşı təmsil edən səfirliklər və diplomatik nümayəndələr də var”.

Q.Əlibəyli xaricdə yaşayan diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb:

“Azərbaycanın dövlət maraqları nə tələb edirsə, onun əsasında diaspor təşkilatlarına diplomatik köməklik və siyasi dəstək göstərmək olar ki, onlar da öz fəaliyyətlərini həyata keçirsinlər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...