Tarix: 11.10.2024 / 13:30
Diaspor sədri Stavropolda    azərbaycanlı tələbələrlə görüşdü

Diaspor sədri Stavropolda azərbaycanlı tələbələrlə görüşdü

Stavropol Dövlət Tibb Universitetində tələbələrin milli-mədəni icmalar və diasporlarla görüşü keçirilib.

Bu barədə məlumatı Diaspora.TV-yə Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev verib.

Görüşdə rektor Viktor Nikolayeviç Mazharov, Milli siyasət nazirinin kazakların işləri üzrə müavini Vladislav Amiranoviç Kalxidov və Stavropol diyarının gənclər siyasəti üzrə müavini Aleksandr Dmitriyeviç Voykovoy iştirak ediblər.

Fəxri qonaqlar arasında Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Yarıyev də olub. F.Yarıyev universitetdə təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onların təhsili, problemləri ilə maraqlanıb.

Qeyd edək ki, hazırda Stavropol Dövlət Tibb Universitetində 35 azərbaycanlı tələbə təhsil alır.


Şərhlər

Yaz...