Tarix: 28.10.2024 / 13:49
Diaspor sədri Prezidentin çağırışına qoşuldu   - Foto/Video

Diaspor sədri Prezidentin çağırışına qoşuldu - Foto/Video

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə dəstək məqsədilə Gədəbəy rayonunun Nərimankənd kəndində 1000-ə yaxın ağac əkdirib.

Diaspora.TV xəbər verir ki, Nərimankənd kənd bələdiyyəsinini təşəbbüsünə qoşulan diaspor sədri kənddə bir neçə sosial layihələr də həyata keçirir.



Kəndin əsas küçəsi, məktəbin həyəti və diaspor sədri tərəfindən inşa olunan futbol meydançasının ətrafına əkilən ağaclar taxta dirəklərlə möhkəmləndirilib, qulluq üçün su boruları ilə təmin olunub. Qarşıdakı günlərdə daha 5 ha ərazidə bağ salınması nəzərdə tutulub. Artıq bununla bağlı müvafiq yer icarəyə götürülüb, hazırda həmin yerin mal-qaradan mühafizəsi ilə əlaqədar müəyyən işlər aparılır.


Qeyd edək ki, görülən işlər ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin yaxşılaşdırılmasına xidmət edir.






Şərhlər

Yaz...