Tarix: 12.10.2024 / 23:08
 Azərbaycan diasporu Pokrovskaya yarmarkasında   iştirak edib

Azərbaycan diasporu Pokrovskaya yarmarkasında iştirak edib

"Oktyabrın 12-də Nevinnomısskda hər kəsə özünü ümumi bayramın bir hissəsi kimi hiss etməyə imkan verən Pokrovskaya yarmarkası baş tutub".

Bu sözləri Diaspora.TV-yə Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev deyib:

"Milli geyimlər ziyarətçilərin marağına səbəb oldu, şən rəqslər isə bayram əhval-ruhiyyəsi yaratdı. Kazaklar qılınc və qamçıda ustalıqlarını nümayiş etdirdilər. Qonaqlar müxtəlif mətbəxlərdən ənənəvi yeməkləri daddılar. Nevinnomısskdakı Pokrovskaya yarmarkası sakinlərin və qonaqların müxtəlif xalqların mədəni irsi ilə daha yaxından tanış ola biləcəyi birlik bayramına çevrildi. Yarmarkanı tərk edən hər kəs özləri ilə təkcə parlaq təəssüratlarla deyil, həm də birgə bayramla bağlı isti xatirələr götürdülər".

"Tədbirdə “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzin Nevnamınsk üzrə sədri Müşfiq Hüseynov, Ağsaqqallar Şurasının sədri Bəxtiyar Əsədov, Qadınlar Şurasından Anna Ələkbərovna, Gənclər Təşkilatının sədri Rasim Nəbiyev, tanınmış ziyalı Elburus Quliyev, rəqs qrupları, bazar günü məktəbinin iştirakçıları və diaspor fəalları iştirak etdilər. Diasporun fəal iştirakı şəhər rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi", - deyə F.Yarıyev bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...