Tarix: 04.07.2024 / 20:01
Diaspor sahəsində koordinasiyanı konsulluqlar etsə daha yaxşı olar   - Diaspor rəhbəri

Diaspor sahəsində koordinasiyanı konsulluqlar etsə daha yaxşı olar - Diaspor rəhbəri

“Sentyabr ayında yaşadığımız Rusiyanın Tümen vilayəti, Yamal Muxtar Dairəsi, Muravlenko şəhərinin 40 yaşı tamam olacaq. Şəhər əhalisinin 7-8 faizi azərbaycanlıdır. 2011-ci ildən burada diaspor fəaliyyəti ilə məşğul oluruq”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Muravlenko şəhərində Azərbaycan diasporunun rəhbəri Xanoğlan Şahverdiyev deyib.

“Bir çox tədbirlərdə iştirak edərək Azərbaycan həqiqətlərini tanıtmağa çalışmışıq. Ümummilli lider Heydər Əliyevin yubileyləri, Xocalı soyqırımının öldönümləri, Novruz bayramı, milli mətbəximizlə bağlı bir sıra tədbirlər keçirmişik”, - deyə X.Şahverdiyev bildirib.

X.Şahverdiyev əlavə edib ki, bir müddət Muravlenko şəhərində qəzetləri də nəşr olunub:

“Qəzetimizdə uşaqların təhsil və idmanda qazandıqları nailiyyətlər, yaşlı diaspor üzvləri haqqında yazılar dərc olunurdu. Şəhərimizdə Fərman Salmanov adına parkın da istifadəyə verilməsinə nail olmuşuq”.

X.Şahverdiyev bildirib ki, diaspor sahəsində koordinasiyanı konsulluq xidmətləri etsə daha yaxşı olar:

“Konsulluq xidmətinin əməkdaşları şəhərləri gəzib diaspor təşkilatları ilə qarşılıqlı əlaqədə olmalıdır”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...