Tarix: 21.06.2024 / 10:14
Diaspor sahəsində görüləcək işlər çoxdur   - MŞ İdarə Heyətinin üzvü

Diaspor sahəsində görüləcək işlər çoxdur - MŞ İdarə Heyətinin üzvü

“Diaspor sahəsində görüləcək işlər çoxdur. Xüsusən də 44 günlük Vətən müharibəsi, qələbədən sonra dünyada Azərbaycana qarşı hücumlar artıb. Azərbaycanı sevməyən qüvvələr yenidən aktivləşib. Belə olan təqdirdə Azərbaycan diasporunun üzərinə çox böyük yük düşür. Biz burada medianı da kənar qoya bilmərik. Diaspor və media Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmasında çox böyük rol oynayır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. Onun fikirincə, xarici ölkələrdə Azərbaycan mediası, jurnalistləri əlbir olaraq daha böyük işlər görməyə məcburdurlar:

“Azəbaycanın haqq səsinin dünyaya çatdırılması, eyni zamanda Azərbaycana qarşı olan hücumlar baxımından diasporla medianın ortaq işlər görməsi çox labüddür. Təəssüflər olsun ki, Azərbaycanda həmkarlarımız arasında xarici mediyaya çıxışı olan, xarici ölkələrdə Azərbaycan həqiqətləri ilə bağlı çıxış edən jurnalistlərin sayı azdır. Bu da təbii ki, Azərbaycan diasporunun üzərinə ikiqat yük qoyur”.

H.Heydərli bu məsələdə bir məqamı da xüsusi qabardıb:

“Diaspora və media - diaspor rəhbərləri və jurnalistlərimiz yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunmağa bacarmalıdırlar. Həmin ölkələrdəki QHT rəhbərləri, media qurumları yaxından iş birliyi qurmalıdırlar. Amma bir çox hallarda görürük ki, diasporların keçirdiyi tədbirlərə yalnız azərbaycanlılar dəvət edilir, başqa ölkələrin nümayəndələri həmin tədbirlərdən kənarda qalır. Burada ən vacib məqam diasporun həmin ölkənin mediası ilə iş birliyi qurmasıdır. Dediyim kimi, Vətən müharibəsindən sonra Azərbaycana qarşı hücumlar daha da artıb, informasiya müharibəsi davam edir, düşmən hələ də aktivdir. Bu baxımdan heç bir halda arxayınlaşmaq olmaz. Diaspora və mediamız çox önəmli olan Azərbaycan həqiqətlərini xarici ölkələrə çatdırmalıdır və ortaq layihələrə imza atmalıdır”.

H.Heydərli bildirib ki, son illər işğaldan azad olunan torpaqlara yüzlərlə xarici ölkə vətəndaşı, QHT rəhbərləri, jurnalistləri gəlib:

“Onlar erməni vandallığını öz gözləri ilə görüb, hadisələri olduğu kimi çatdırır. İndi diasporlar həmin şəxslərlə əlaqədə olmalı və birgə layihələr həyata keçirməlidirlər ki, bundan sonrakı mərhələdə Azərbaycanın haqq səsinə dəstək versinlər”.

Jalə
Diaspora.TV

Şərhlər

İlkanə Qoca

Maraqlı müsabiqədir. Biz vətəni təbliğ etmək üçün niderland Keallığında müxtəlif təbəqələrdə işlər görmüşük. Həm yaşadığımız Niderland cəmiyyətində təbliğat aparmışıq, həm siyasi partiyalarla görüşmüşük, Xocali Soyqirimi haqqında Holland dilində vebsayt yaratmışıq, müxtəlif media outletləri ilə də vətənin təbliği sahəsində çalışmışıq. Bütün fəaliyyətimizi də təmənnasız şəkildə etmişik. İşilərimizin daha effekli və səmərəli olması, daha böyük layihələr həyata keçirmək və təsir dairəsini artırmaq üçün AR-nın Dövlət büdcəsindən diaspor fəaliyyətinə dəstək məqsədi ilə ayrılan büdcəsindən bizə nə AR Diasporla İş üzrə dövlət komitəsi nə də onun tərkibində olan fond dəstək edir. Yazdığıməz layihələr səbəbsiz yerə ya rədd edilir ya da heç cavab verilmir. Bəs bu qurumların fəaliyyətinin ciddi yoxlanılması və gördükləri işlər haqqında və büdcənin hansı istiqamətdə xərclənməsi haqqında araşdırılma və ya nəzərət haradadır?

21.06.2024 / 18:07

Yaz...