Tarix: 04.10.2024 / 12:00
Diaspor rəhbərləri iş adamları ilə qarşılıqlı işləməlidir    - İqtisadçı

Diaspor rəhbərləri iş adamları ilə qarşılıqlı işləməlidir - İqtisadçı

“Xaricdə hər hansı formada təqibə məruz qalan azərbaycanlı iş adamları ilk növbədə yerli hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı Anar İsayev deyib. Onun fikirincə, bu kimi məsələlərdə iş adamları ilə diaspor təşkilatları bir-biri ilə əlaqədə olmalıdır:

“Rusiyada cinayətkarlıq adi hal almışdı. Son dövrlərdə reketlik, “vorzakon” və s. kimi söhbətlər, cinayətkar ünsürlər, qruplaşmalar vardı. Bu cinayətkar qruplaşmanın qarşısının alınmasının ancaq bir yolu var - o da hüquqi yoldur. Birinci növbədə iş adamları rastlaşdığı problemlə bağlı fəaliyyət göstərdikləri ölkələrdə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. İkincisi də bizim həmin ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarımız var ki, onlarla da ciddi işləmək lazımdır. İş adamları, tanınmış şəxslər, ölkə xaricində yaşayan imkanlı adamlar müdafiə olunmalıdır”.

Anar İsayev diaspor rəhbərlərinin iş adamları ilə qarşılıqlı işləmələrini təklif edib:

“Zaman-zaman onlara qarşı olan təhdidlər və yaxud da qanunazidd əməlləri ifşa etməlidirlər. Bu barədə həm Azərbaycan hökumətini, həm də həmin iş adamlarının yaşadıqları ölkənin hüquq - mühafizə orqanlarını məlumatlandırmalıdırlar. Yəni bu prosesdə rəsmi strukturların - səfirlik, konsulluqların da müdaxiləsi mütləqdir”.

Jalə
Diaspora.TV



Şərhlər

Yaz...