Tarix: 05.09.2024 / 11:45
 Diaspor rəhbərləri ilə şəxsən görüşüb, danışıram    - Xalq artisti

Diaspor rəhbərləri ilə şəxsən görüşüb, danışıram - Xalq artisti

“Diasporla İş üzrə Dövlət Komitəsinin səyi nəticəsində xaricdə fəaliyyət göstərən diasporlarımız Azərbaycanı yüksək səviyyədə tanıdırlar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Xalq artisti Samir Cəfərov deyib.

S.Cəfərovun sözlərinə görə, xaricdəki diaspor rəhbərləri sayılan, seçilən, savadlı kadrlardan ibarətdir:

“Getdiyim ölkələrdə şahidi olmuşam ki, Azərbaycanı necə tanıdırlar. Diaspor Komitəsinə və eləcə də diaspor rəhbərlərinə dərin minnətdarlığımı bildirirəm. Nə zaman dəvət etsələr yaxından iştirak etmişəm. Hətta həmin tədbirlərə yerli cəmiyyətdən ziyalı şəxslər, merlər, şəhər adminstrasiyası, elm adamları da dəvət olunub. Bu kimi addımı yüksək qiymətləndirirəm, bir növ tədbirə rəng qatır”.

“Azərbaycan mədəniyyəti çoxşaxəli, kifayət qədər zəngin bir kültürdür. Onun tanıdıb, təbliğ olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu səbəbdən Diaspor Komitəsi fəaliyyətə başladı. Diaspor rəhbərləri ilə də şəxsən görüşüb, danışıram. Bu müvəfəqiyyətli yolda hər birinə uğurlar arzu edirəm”, - deyə S.Cəfərov qeyd edib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...