Tarix: 25.10.2024 / 11:36
Diaspora Komitəsi və diplomatlarımız işlərini lazımı səviyyədə qurmur  - Politoloq

Diaspora Komitəsi və diplomatlarımız işlərini lazımı səviyyədə qurmur - Politoloq

“Xaricdəki diplomatik korpuslarla diaspor təşkilatları arasında əlaqələr olsa da, bu, əksər hallarda hesabat xarakterlidir. Azsaylı diaspor təşkilatlarını çıxmaqla, əksəriyyətinin fəaliyyəti istədiyimiz hədəflərə yaxın belə, gəlmir”.

Bu sözləri Diaspora.TV -yə açıqlamasında politoloq Elşən Mustafayev deyib. Onun sözlərinə görə, bunun səbəbi diaspor rəhbərlərinin doğru seçilməməsi və onların daşıdığı missiyanın məsuliyyətini başa düşməmələridir:

“Həm də, onlarla əlaqələri koordinasiya etməyə məsul olan Diasporla İş üzrə Dövlət Komitəsi və diplomatlarımız işlərini lazımı səviyyədə qurmurlar. Halbuki hazırda Azərbaycan üçün bu sahədə uğurlu işlərin görülməsi əvvəlki vaxtlardan daha vacibdir. Hesab edirəm ki, müvafiq sahəyə cavabdeh qurumlar bu istiqamətdə ciddi dönüş yaratmaq məqsədilə addımlar atmalıdırlar".

Politoloq vurğulayıb ki, hesabat xarakterli fəaliyyətdən daha çox, ölkə üçün vacib olan effektli əməli işə keçmək üçün bütün vasitələrdən istifadə olunmalıdır.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...