Tarix: 09.09.2024 / 13:28
Diaspor rəhbəri    həbs edilib

Diaspor rəhbəri həbs edilib

Rusiyanın Kurqan vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları özbək diaspor rəhbərlərindən Otabek M.-ni saxlayıblar.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Otabek Özbəkistana deportasiya oluna bilər.

Başqa bir məlumata görə, diaspor rəhbəri müəyyən cinayətlərdə şübhəli bilinir. Ola bilsin ki, Özbəkistanın Daxili İşlər Nazirliyi onu axtarışa verib.

Qeyd edək ki, bundan əvvəl dələduzluqda təqsirləndirilən Kurqan Vilayəti Futbol Federasiyasının keçmiş rəhbərinin xaricə qaçdığı barədə məlumat yayılmışdı.

Şərhlər

Yaz...