Tarix: 19.07.2024 / 18:35
Diaspor rəhbəri deputatı döyən soydaşlarına görə  üzr istəyib

Diaspor rəhbəri deputatı döyən soydaşlarına görə üzr istəyib

Özbəkistan vətəndaşlarının deputat Mixail Matveyevə hücumundan sonra diaspor bunun baş verməməsi üçün yenidən miqrantlarla işləyəcək.

Diaspora.TV xəbər verir ki, bu barədə Ümumrusiya Özbəklər Konqresinin Samara vilayəti üzrə bölməsinin rəhbəri Dilfuza Sabirova “Kommersant-Volqa” qəzetinə bildirib.

“Sizi əmin edirəm ki, özbək diasporunun nümayəndələri daha heç kimə toxunmayacaqlar”, - deyə xanım Sabirova əlavə edib.

Xatırladaq ki, hadisə şəhərin Sənaye Məhəlləsində baş verib. Üç özbək miqrant Dövlət Dumasının deputatı Mixail Matveyevi döyüb.

Parlamentari bildirib ki, o, miqrantların yerli sakinlərə hücumunun şahidi olub, bundan sonra davanı dayandırmağa çalışıb, lakin siyasətçinin özü də yaralanıb və Samara xəstəxanalarından birinə aparılıb. Deputatın sözlərinə görə, miqrantlar onun başının üstündə şüşə sındırıblar.

İstintaq Komitəsi miqrantların deputat Mixail Matveyevə hücumundan sonra Rusiya Federasiyası Cinayət Məcəlləsi ilə (xuliqanlıq) ilə cinayət işi açıb. İdarənin məlumatına görə, münaqişənin hər üç iştirakçısı müəyyən edilərək saxlanılıb. Rayon prokurorluğu araşdırmanı nəzarətə götürüb.


Şərhlər

Yaz...