“Ölkədən-ölkəyə fərq var. Orada səfirlər qarşıya qoyulan işləri diaspora təşkilatları ilə birlikdə bu və ya digər şəkildə icra etməyə qadirdirlər”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov diplomatik nümayəndəliklərlə diaspor qurumları arasında işin səmərəliliyinin artırılması yollarından danışarkən deyib.
Sabiq nazir hesab edir ki, iki qurum arasında işin keyfiyyətinin artırılması istiqamətində hansısa ümümi bir məsləhət vermək düzgün olmazdı:
“Çünki müxtəlif ölkələr var və onların diaspor qurumları bir-birindən fərqlənir”.
Tofiq Zülfüqarov əlavə edib ki, bu təşkilatların vəziyyəti, nüfuzu, fəallığını nəzərə alarkən taktiki addımlar da fərqlənməlidir.
Jalə
Diaspora.TV