Tarix: 07.08.2024 / 12:55
Diaspor quruculuğunun ideyası olmalıdır  - Kulturoloq

Diaspor quruculuğunun ideyası olmalıdır - Kulturoloq

“Diaspor quruculuğunun ən önəmli bir xətti, ideyası olmalıdır. Ayrıca lobbi, diaspor fondu yaradılmalıdır”.

Bu sözləri Diaspora.TV-yə kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, Lobbi Fondu hansısa dövlət qurumunun nəzdinə verilməməlidir:

“Dövlət qurumlarının nəzdində olsa istər-istəməz başqa ölkələrdə yaşayan azərbaycanlıları maliyyələşdirə bilmərik. Ayrıca müstəqil bir qurum, yaxud beynəlxalq fond yaratmaq olar. Bu fond il boyu azərbaycanlıları və Azərbaycanı sevən insanların vətən üçün etdiklərinə görə, “Nobel” kimi bir mükafat təsis edə bilərlər”.

Kulturoloq hesab edir ki, bununla da sözügedən insanları həvəsləndirə və onu dünya çapında brendləşdirə bilərik:

“Bundan sonra da onları yaşadıqları cəmiyyətdə, dövlətdə həm ictimai, həm siyasi, həm də elmi-mədəni sferada brend olaraq Azərbaycan üçün işləyə biləcək tanınmış şəxsə çevirə bilərik”.

Aydın Xan Əbilov təklif edir ki, Azərbaycan bu mənada İsrailin, yəni yəhudi diasporunun xəttini götürə bilər:

“Onları təkrarlayan qonşu Ermənistanın bu məsələdə çoxdan atdığı addımlar var. Amma biz daha yeni, fərqli gənclərin, yeni nəsilin, internet, virtual dövrün tələblərinə uyğun olaraq diaspora quruculuğunda istifadə etməliyik”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...