Tarix: 29.08.2024 / 08:37
Diaspor nümayəndələrinin potensialları artırılmalıdır    - Politoloq

Diaspor nümayəndələrinin potensialları artırılmalıdır - Politoloq

“Diplomatik nümayəndəliklərlə diaspor qurumları arasında işin səmərəliyinin artırılması bir neçə strateji addımdan asılıdır. Burada birinci icra olunmalı məsələ məlumat mübadiləsinin daha rentabelli qurulmasıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, Ermənistanda bu bilavasitə dövlət siyasəti ilə diaspor arasındakı münasibətlərin dinamikası ilə həyata keçirilir:

“Diplomatik nümayəndəliklər diaspor və onun qurumları ilə məlumat mübadiləsi aparır, platformalar yaradır, onlayn qaydada sıx fəaliyyət göstərə bilirlər. Bu məlumat axınını təmin edən ən yaxşı formalardan biri sayılır. İkinci maraqlı məsələ, əməkdaşlığın müxtəlif mexanizmləri var ki, bunların yaxşı olardı təsdiq olunmuş versiyaları işə salınsın və strukturlaşdırılsın”.

Ə.Əlibəyli deyir ki, mexanizm qurulanda layihələr, proqramlar konkret ideoloji ardıcıllığı icra edir:

“Başqa formada diplomatik münasibətlərlə ictimai əlaqələr mütləq şəkildə birləşdirilməlidir. Yəni sosial media və digər kütləvi informasiya vasitələrindən geniş istifadə bu konteksdə özünü tapmalıdır. Qaldı ki, təlim və maarifləndirmə həmişə böyük əhəmiyyətə malik olub”.

Politoloq vurğulayıb ki, diaspor nümayəndələrinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı ilə bağlı potensialları artırılmalıdır:

“Ortaq məqsəd maliyyə və inzibati dəstək də bunların əsas istiqamətlərini təşkil edir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...