"Özümüzü qırğız xalqının bir hissəsi kimi hiss edirik" - VİDEO
Qırğızıstanda yaşayan soydaşlarımız dövlət telekanalına müsahibə veriblər.
Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki,“Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri Xansıvar Bəxşəliyev müsahibəsində Qırğızıstanda yaşayan azərbaycanlılardan, onların fəaliyyətlərindən bəhs edib.
Azərbaycanlıların böyük hissəsinin Bişkek şəhərində yaşadığını deyən Xansıvar Bəxşəliyev soydaşlarımızın bir çox sahələrdə, əsasən də, pedaqoji, hüquq, səhiyyə və biznes sahələrində fəaliyyət göstərdiyini qeyd edib.
Həmyerlimiz diasporun əsas məqsədlərinin mədəni, sosial layihələrin və tədbirlərin həyata keçirilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi, Qırğızıstan və Azərbaycanın müxtəlif dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılması olduğunu deyib.
“Biz burada özümüzü qırğız xalqının bir hissəsi kimi hiss edirik”,- deyə Xansıvar Bəxşəliyev bildirib.