Tarix: 02.08.2024 / 11:01
Diaspor nüfuzlu insanlardan təşkil olunmalıdır   - Politoloq

Diaspor nüfuzlu insanlardan təşkil olunmalıdır - Politoloq

“Əslində bu prosesin bir neçə əsas istiqaməti var. Bunlardan birincisi səfirliklərin, ümumilikdə dövləti təmsil edən qurumların peşəkar, işini bilən, milli, dövlət mexanizmlərinə, diplomatiya sahəsinə, eyni zamanda Azərbaycanın xarici siyasət və dövlət öncəliklərinə vaqif olan yetərincə peşəkar kadrlardan formalaşmasına ehtiyac var”.

Bu sözləri Diaspora.TV-yə politoloq Nazim Cəfərsoy səfirliklərlə diaspor qurumları arasında əlaqələrin necə qurulmasının yollarından danışarkən deyib. Onun sözlərinə görə, səfirlik nümayəndələri yaşadıqları xarici ölkələrdəki Azərbaycan diasporu, Azərbaycan cəmiyyətinin ictimai-siyasi, ehtiyac olduğu halda təhlükəsizlik bilgilərinə sahib olmalıdırlar:

“Bundan başqa ictimaiyyətlə əlaqələrin qurulmasında sosial fəallığı akiv olan insanların olmasına böyük ehtiyac var. İkincisi, ordakı diaspora və icma yetərincə nüfuzlu insanlardan təşkil olunmalı, üçüncüsü isə mənsub olduqları ölkədə ictimai-siyasi-mədəni sferada ciddi nüfuza sahib olmalıdırlar”.

Nazim Cəfərsoy səfirliklərlə diaspor qurumları arasında əlaqələrin qurulmasında bunların hər birini önəmli faktorlar hesab edir:

“Azərbaycan icmasının yaşadıqları ölkədə ictimai keyfiyyətlərə malik olması, təşkilatlanma bacarığı, yaşadığı ölkənin cəmiyyətinə inteqrasiya imkanlarının yüksək olması iki qurum arasında əlaqələri daha sıx birləşdirər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...