Tarix: 20.06.2024 / 09:18
Diaspor məsələsində hər şey geridə qalmalıdır   - Natiq Miri

Diaspor məsələsində hər şey geridə qalmalıdır - Natiq Miri

“Birliyi təmin etməyin yolu vahid qayədir. Vahid qayə olmadan birlik təmin olunmaz. Bu vahidi təşkil edən fərdlər də qayənin daşıyıcıları olmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Natiq Miri Azərbaycanın xaricdəki diaspor təşkilatlarının vahid gücə çevirilə bilməməsinin səbəblərini izah edərkən deyib. O, Azərbaycanda bunun əksi olmadığını bildirib.

“Azərbaycanda bunun daşıyıcıları, eyni zamanda Vətən uğurunda canını fəda edən insanlar deyil, bilavasitə Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın, konkret maraqlara xidmət edən insanlar seçilir ki, bunlar da yaşadıqlar dövlətlərdə möcvud azərbaycanlılar arasında birləşdirici amil ola bilmir. Bu müxtəlif səbəblərdən baş verir. Çünki birləşdirici amil olmaq üçün bütün insanların sənin qəbul edəcəyin əxlaqa, tərbiyyəyə, vətənpərvərliyə sadiq olmalıdır. Ağlın, səviyyən elə olmalıdır ki, hər kəsi inandıra bilmək və bir qayə ətrafında cəzbedici olmağı bacarmaq lazımdır”.

N.Miri hər zaman hakimiyyətdə mövcud şəbəkələrin maraqlarını ifadə edən insaların öndə olduğunu vurğulayıb:

“Bunların böyük əksəriyyəti biznesmenlər olur. Biznesdə əsas olan maraqdır. Ancaq diaspor məsələsində hər şey geridə qalmalı və yalnız birliyə xidmət edən qayə və əxlaq ortada olmalıdır. Yəni bütün insanları bir-birinə birləşdirəcək amil ortada yoxdur”.

N.Miri bunun səbəbini prosesin təbii olmamasında görür:

“Proses idarə olunandır, maraqlara xidmət edən bir vəziyyətdir. Ona görə də heç vaxt vahid birliyi təmin edə bilmirik. Bu səbəbdən vahid güc ola bilmirik, çünki insanlar inanmırlar. Belə olan halda onların arxasınca kimsə getməz, problem burdadır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...