Tarix: 10.06.2024 / 08:50
Diaspor Komitəsinin işi XİN-lə birgə koordinasiya olunmalıdır   - RƏY

Diaspor Komitəsinin işi XİN-lə birgə koordinasiya olunmalıdır - RƏY

“Torpaqlar işğaldan azad ediləndən sonra hər bir sahədə ciddi şəkildə dəyişiklik oldu. Azərbaycan xalqı həm ölkə daxilində, həm də soydaşlarımızın yaşadıqları ölkələrdə özgüvənliyini qaytardı, məğlub ölkədən qalib ölkəyə çevrildi”.

Bu sözləri Diaspora.TV-yə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. Sədr hesab edir ki, bu təkcə ordunun qələbəsi deyil:

“Bütün millətin, dövlətin qələbəsidir. Zəfərdə xaricdəki soydaşlarımızın verdiyi dəstəyin də kifayət qədər rolu oldu, ona görə diaspora da gücləndi. Həmin dönəmdə təkcə Qarabağın azadlığı ilə bağlı diaspor fəaliyyətində müəyyən ölkələrdə təbliğat aparmaq işi ilə məşğul idisə, indi artıq diasporumuz Azərbaycanın böyük qayıdışı, əzəli torpaqlarının azad olunması haqqında şüarlarla çıxış etməyə başlayıb. Bu mənada özgüvən həm daxildə, həm də xaricdə dəyişib”.

Sədrin fikirincə, Diasporla İş üzrə Dövlət Komitəsi də xaricdə olan soydaşlarımızın işinin şərtlərini dəyişməlidir:

“Diaspor Komitəsinin işi Azərbaycan Xarici İşlər Nazirliyinin birlikdə koordinasiya olunmalıdır. Azərbaycanın xarici siyasəti də 44 günlük müharibədən sonra dəyişdiyi üçün diasporla işləmək lazımdır ki, onlar simmetrik olaraq yaşadıqları ölkələrdə dövlətə eyni təsirlərdən çıxış eləsinlər. Müharibədən sonra Fransa kimi dövlətlər qısqanc yanaşdılar. Bizə qarşı açıq müstəvidə çıxmağa başladılar. Bəzi dövlətlər Ermənistanı qüvvətləndirməyə çalışdılar. Bu mənada subyektlər müəyyənləşməli, onlara qarşı mübarizə və təşkilatlanma üsulları, hədəflər bəlli olmalıdır”.

Sədr hesab edir ki, yeni hədəflərlə yanaşı yeni çətinliklər var:

“Ortaya bir proqram qoymaq lazımdır və Azərbaycan iqtidarı ilə diasporu arasında qarşılıqlı himayə mexanizmini işləyib, hədəflərə doğru getmək lazımdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...