Tarix: 14.08.2024 / 10:33
Diaspor Komitəsi məsələ qaldırmalıdır   - Siyasi şərhçi

Diaspor Komitəsi məsələ qaldırmalıdır - Siyasi şərhçi

“Böyük şəhərlərdə yaşayan azərbaycanlıların dini ibadətlərinin asanlaşdırılması məqsədilə həmin şəhərlərə din xadimlərinin təhkim olunmasında Diasporla İş üzrə Dövlət Komitəsi məsələ qaldırmalıdır. Bu kimi təşəbbüslər xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli deməkdir”.

Bunu Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. O, böyük şəhərlərdə yaşayan azərbaycanlıların dini ibadətlərinin asanlaşdırılması məqsədilə həmin şəhərlərə din xadimlərinin təhkim olunması ideyasını müsbət qarşıladığını bildirib:

“Əslində xarici ölkələrin bəzilərində, xüsusən də Avropa və Rusiyada müsəlmanlar üçün məscidlər var. Rusiyada yaşayan soydaşlarımız onlardan istifadə edə bilir. Amma hesab edirəm ki, xarici ölkələrdə yaşayan müsəlmanlar, o cümlədən də Azərbaycan əhalisi üçün həmin dövlət qarşısında bununla bağlı müəyyən bir vəzifə qaldırmalıdır”.

Siyasi şərhçi hesab edir ki, onların özlərini də məqsəd ayrılığına baxmayaraq xidmət edə biləcəyi məscidlər və din xadimləri olmalıdır:

“Ola bilsin ki, bu məsələ qaldırılıb, amma həll olunmayıb. Düşünürəm ki, Azərbaycan dövlət də ona yardım göstərməlidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...